1. Satış təmsilçisi:
Tələb olunan iş təcrübəsi: 1-3 il
İş vaxtı: Tam iş günü
Tələblər:
- Satış sahəsində iş təcrübəsi olan;
- Ali təhsil;
- Dil biliyi (rus dili) üstünlükdür;
- Biznes etikası və biznes görünüşə sahib olmalıdır;
- Marketinq, PR və Satış sahələrinə aid biliklər və yüksək yaradıcılıq qabiliyyəti;
- Komandada işləməyi bacaran;
- Təmkinlilik,etibarlılıq,özünə inam;
- Aktiv, təşkilatçı, operativ çalışan, bacarıqlı;
İş barədə məlumat:
- Şirkətin maraqlarının təmin olunması məqsədi ilə satış istiqamətində operativ təkliflər hazırlamaq;
- Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
- Şirkətin müştəri bazasının artırılması, yeni müştərilərin cəlb olunması;
- Satış nöqtələrində danışıqların aparılması;
- Təqdimat və təkliflər hazırlamaq və satışı tətbiq etmək;
- Şirkətin məhsullarını satış nöqtələrində reklam avadanlıqlarına düzmək;
Şərtlər:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 5 iş günü (09:00-18:00);
- Nəqliyyat xərcləri şirkət tərəfindən ödənilir.