Kao Corporation — gigiyena vasitələrindən, qida məhsullarından başlayaraq müasir geyim vasitələrinə qədər müxtəlif sənaye məhsullarının istehsalı ilə məşğul olan iri yapon şirkətidir.
Şirkət hələ on doqquzuncu əsrin səksəninci illərinin sonunda təsis edilmişdir. Bu gün Kao Corporation gündəlik həyatda istifadə üçün nəzərdə tutulmuş müxtəlif məhsulların istehsalı sahəsində lider mövqelərə sahibdir.