1818-ci ildə yaradılmış BUNGE beynəlxalq şirkəti hal-hazırda fəaliyyəti bütün Yer kürəsini əhatə edən aparıcı aqroholdinqlərdən biridir.
Qlobal təcrübəni və innovativ nailiyyətləri təqdim edən şirkət fermer təsərrüfatını dəstəkləməklə və inkişaf etdirməklə, həmçinin istehsal etdiyi məhsulların beynəlxalq bazarlara çıxışını təmin etməklə unikal ekosistem yaradır. BUNGE LTD beynəlxalq şirkəti «BUNQE MDB» MMC adı ilə 2004-cü ildə Rusiyada öz şöbəsini qeydiyyatdan keçirmişdir. Rusiyada şirkətin əsas fəaliyyət istiqamətlərindən biri qablaşdırılmış bitki yağının istehsalından və satışından ibarətdir.
«BUNQE MDB» MMC-nin portfelində dörd tanınmış əmtəə nişanı yer alıb — «Oleyna», «IDEAL», «Skazka» və «Maslenitsa».