SIREN TRADING şirkəti yeni ekoloji təmiz kimyavi məişət vasitələri - Frosch məhsulları ilə alıcılarımızı sevindirəcək. Frosch – ekoloji təmislik ilə yanaşı ətraf mühitin və insan sağlamlığının təhlükəsizliyini təmin edir. İlk günlərdən etibarən Frosch markasının kredosu insanların və ətraf mühitin qorunması ilə yanaşı klassik yuyucu və təmizləyici məhsullara alternativ olan ekoloji effektiv  məhsullar təklif etmək olub. Bundan əlavə Frosch qablaşmalarında plastik məmulatların təkrar 100% emalından istifadə edilir. Biz alıcılarımız üçün alman istehsalı olub  çətin təmizlənən səthlər üçün, yuyucu toz və qelləri, ləkə çıxaran, qab yuyan vasitələri təqdim edirik. Evinizin təmizliyinə və ailənizin sağlamlığına diqqət yetirmək istəyirsinizsə, bu məhsulların üstünlüklərindən istifadə edin. Şəhərimizin süpermarketlərindən yüksək keyfiyyətli təmizlik, yuma və gigiyena xüsusiyyətlərinə malik olan kimyavi məişət vasitələrini ala bilərsiniz.