Siren Trading şirkətində NATURA SİBERİCA«ПЕРВОЕ РЕШЕНИЕ»kosmetik məhsullarının təqdimat mərasimi keçirildi. Sibir bölgəsindən gələn qonağımız Məhsullar üzrə regional təmsilçi Kristina Xabibulina bu məhsulların xüsusiyyəti, keyfiyyəti və əhəmiyyəti ilə bağlı tanışlıq verdi.

Sibir - təbiəti bir çox əsrlər boyu dəyişməz qalan Rusiyanın unikal bölgəsidir. Bu gün Natura Siberika şirkəti dəri və saçların gözəlliyini qorumaq üçün istehsal etdiyi məhsullarda Sibir bitkiləri və çiçəklərinin möhtəşəm xüsusiyyətlərindən istifadə edir.

Həmçinin, Sibir otları və çiçəklərinin müalicəvi əhəmiyyətini bilən, uzun illər nənəsindən və anasından bu sirlərə yiyələnən Aqafya nənənin reseptləri əsasında kosmetik bir xətt yaranıb. Bu xətt «ПЕРВОЕ РЕШЕНИЕ» MMCŞirkətinin ilk layihəsi olan - «Рецепты бабушки Агафьи» brendidir.