HAQQIMIZDA


    «SIREN TRADING» MMC Azərbaycan Respublikası ərazisində fəaliyyətinə 9 may 2008-ci ildən qida məhsullarının idxalçısı kimi başladı. Həmin tarixdən etibarən nailiyyətləri, zəngin təcrübə ilə dolu fəaliyyəti müqabilində şirkət bir çox dəyişikliklər həyata keçirmiş və nəticə etibarı ilə SIREN TRADING ölkənin qeyri-neft sektorunda tanınmış distribüter şirkətlərindən birinə çevrilmişdir. Bakıda bir ofislə fəaliyyətə başlamış şirkət müəyyən zaman kəsiyindən sonra ölkənin strateji cəhətdən ikinci böyük şəhəri olan Gəncədə regional ofisini açmağa müvəffəq olmuşdur. Qeyd edilən regional ofisin açılması şirkətə olduqca mühüm əhəmiyyət kəsb edən digər ətraf rayonları da (Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Goranboy, Mingəçevir, Yevlax, Bərdə və s.) keyfiyyətli qida və qeyri-qida məhsulları ilə təmin etməklə yanaşı, işlərimizin daha səmərəli və effektiv formalaşdırılmasını şərtləndirdi, müştərilərimizə daha yaxşı xidmətlər təklif etməklə, onlarla daha yaxın təmasda olmağımıza imkan yaratdı. Qarşımızda duran əsas prioritet vəzifələr siyahısında digər regionlarda ofislərimizin yaradılması və bunun müqabilində regionlarda yeni iş yerlərinin açılmasıdır. SIREN TRADING davamlı və dinamik inkişaf etməkdə olan effektiv distribüter şirkətidir. Şirkət əsas diqqəti fəaliyyətinin davamlı şəkildə təkmilləşdirilməsinə yönəltmişdir. Biz öz portfelimizi müvafiq qaydada inkişaf etdirmək üçün müntəzəm olaraq araşdırma və təhlillər apararaq bazarın tələblərini daha aydın şəkildə müəyyən etməyə çalışırıq. SIREN TRADING hər bir ailənin gündəlik olaraq məmnunluqla istifadə etdiyi yüksək keyfiyyətli məhsulları ərsəyə gətirən tanınmış beynəlxalq istehsalçı şirkətlərin sadiq tərəfdaşıdır. Əsas məqsədimiz və meyarımız isə Azərbaycan istehlakçısına keyfiyyətli məhsul təqdim etməkdən ibarətdir.

    Üstünlüyümüz yalnız qiymət və keyfiyyətdədir.