“SIREN TRADING” Şirkətinin yeni tədarükçüsü olan Nuhealth S.A. şirkətini təqdim edirik.

Published by Admin on

Siren Trading şirkətinin tədarükçüsü olan Nuhealth S.A. kompaniyası Bolgarıstan istehsalçısıdır.
Qida sahəsində 25 ildən çox peşəkar təcrübəyə malik olan mütəxəssislər bir araya gələrək, sağlamlığa faydalı, eyni zamanda tələbatı olan məhsul istehsalı etmək məqsədi ilə 2016-cı ildə şirkətin əsasənını qoydular. Şirkətin əsas missiyası sağlam, dietik və dadlı məhsullar istehsal etməkdir. Əsas markalarından olan “RICE UP!” qısa zamanda tanınaraq 55-dən çox çeşidi istehsal olunur və bütün çeşitləri yenilikçidir və sağlamlıq kriterlərinə tam cavab verir.
Məhsullarının ən əsas özəllikləri odur ki, Qlütensizdir, tərkibində GMO və konservantlar yoxdur, dünya tendensiyalarını izləyir və 100% təbii inqrediyentlərdən istifadə edir.

RiceUP! çips innovasiyası onu dünya miqyasında unikal edir – məhsul düyü taxıllarının sağlamlıq faydalarını maksimum dərəcədə qoruyub saxlamağa imkan verən unikal texnologiya vasitəsilə qəhvəyi kəpəkli düyüdən hazırlanır.


Nuhealth S.A. RiceUP! markasından əlavə CornUP adında markaya da sahibdir. CornUP da həmçinin qlütensiz və tərkibində GMO olmayan çips markasıdır.

İstehsalçı olaraq Nuhealth S.A. bir çox sertifikatlara sahibdir, bunlardan əsas olanları beynəlxalq qida sertifikatı olan IFS sertifikatı (Internation Food Certificate), orqanik məhsul istehsalı sertifikatı, Halal və Kosher sertifikatlarıdır.